Maska taxmayanlar qatarlara buraxılmayacaq - Xəbərdarlıq

Maska taxmayanlar qatarlara buraxılmayacaq -  Xəbərdarlıq
  09 May 2020    Oxunub:9389
Sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmiryol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.

Azvision.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə xəbərdarlıq edib.
"Sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək. Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Vağzal   Maska   Sərnişin  





Xəbər lenti