“Əli Kərimli Ermənistan səfiri funksiyasını yerinə yetirir”
Deputat bildirib ki, AXC-Müsavat cütlüyü xalqa xəyanət edərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dəstək veriblər: “Xəyanətkarların, satqınların toplaşdığı millli şura adlı qurum Ermənistanın səfirliyi, Əli Kərimli isə Ermənistanın səfiri funksiyasını yerinə yetirir. Mən hüquq-mühafizə orqanlarına çağırış edirəm ki, Azərbaycan xalqını hər gün təhqir edən insanlara, dövlətimizə, müstəqilliyimizə, xalqımıza xəyanət edənlərin əməllərinə hüquqi qiymət verilməsinin vaxtıdır”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis