`Caspian Oil and Gas` sərgisi keçiriləcək

`Caspian Oil and Gas` sərgisi keçiriləcək
  06 Yanvar 2014    Oxunub:1336
İyunun 3-dən 6-dək Bakıda XXI Beynəlxalq Xəzər neft və qaz, neftayırma və keft kimyası (Caspian Oil and Gas) sərgi və konfransı keçiriləcək.


AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, “İteca Caspian” şirkətindən bildiriblər ki, “Caspian Oil and Gas” sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəstək verilir.

Artıq 20 il ərzində uğurla həyata keçirilən Azərbaycanın ilk ixtisaslaşdırılmış sərgisi hər il neft-qaz hasilatı və emalı, nəqletmə və logistika, habelə servis xidmətləri sahəsində aparıcı texnologiyaların nümayiş etdirilməsi üçün dünya neft sənayesinin bütün aparıcı mütəxəssislərini və liderlərini bir araya gətirərək sənayenin əsas forumuna çevrilib.

Sərgi ilə bərabər iyunun 4-5-də Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası konfransı da keçiriləcək. Konfrans hər il olduğu kimi, bütün dünyanın neft və qaz elitasının diqqət mərkəzindədir. Bu il neft-qaz sahəsinin aparıcı nümayəndələrinin iştirak edəcəkləri konfransda Xəzəryanı regionda həm mədən sənayesində, həm də neft-qaz resurslarının nəql olunmasında təchizatın hasilatı və şaxələndirilməsi, dəniz platformalarının tikintisində innovasiyalar, qazma qurğuları və dəniz boru kəmərləri, eləcə də yeni layihələrin həcminin artırılması ilə bağlı beynəlxalq əməkdaşlıq müzakirə olunacaq.


Teqlər:  





Xəbər lenti