`Apple` brendi azərbaycanlı iş adamından alındı

`Apple` brendi azərbaycanlı iş adamından alındı
  04 Yanvar 2014    Oxunub:1378
AzVision.az xəbər verir ki, bir neçə gün əvvəl Bakıda dələduzluq əməlində şübhəli bilinərək saxlanılan Ramin Aydın oğlu Musayevlə bağlı “Aznews.az” ilginc məlumat yayıb. Cinayət Məcəlləsinin 178-ci (dədləduzluq) maddəsi ilə barəsində iş açılan R.Musayevin saxlanmasına səbəb Eldar Xəlilov adlı şəxsin onu 542 min manat pulu mənimsəməkdə günahlandırması olub. E.Xəlilov bildirib ki, R.Musayevin şəhərin mərkəzində bir neçə mağazası var və həmin mağazalarda kompüter avadanlıqlarının satışı ilə məşğul olur. Xaricdən mal gətirilməsi üçün R.Musayevə 542 min pul verdiyini bildirən Eldar Xəlilov bu müddət ərzində pulunu geri ala bilməyib. Həmçinin kompüter avadanlıqlarının da gətirilmədiyini bildirib. Barəsində dələduzluq maddəsi ilə cinayət işi açılan Ramin Ağayev iki gün saxlandıqdan sonra dekabrın 30-da sərbəst buraxılıb. Onun “Apple” şirkətinin Azərbaycandakı nümayəndəsi olduğu və bu hadisədən sonra təmsilçiliyin əlindən alındığı bildirilir. İki gün ərzində Səbael Rayon Polis İdarəsində saxlanılan R.Musayevin sərbəst buraxılması isə notarial qaydada üzərinə bəzi öhdəliklər götürdükdən, daha doğrusu, “Apple” brendinin təmsilçiliyini təhvil verdikdən sonra mümkün olub. Belə ki, əvvəl təqsirləndirlən şəxs qismində saxlanılan R.Musayev bundan sonra şübhəli şəxs qismində dindirilib. R.Musayevin hətta üzərinə bəzi öhdəliklər götürmək üçün notariusa polis əməkdaşlarının müşayəti ilə aparıldığı da daxil olan məlumatlar arasındadır. Başqa bir məlumata görə isə cinayət işində söhbət heç də 542 min manatdan yox, 1 500 000 manatdan gedir. R.Musayevin hüquqlarını vəkil Kamandar Nəsibovun müdafiə etdiyi bildirilir. Lain K.Nəsibov Azərbaycanda olmadığına görə məlumatı vəkillə dəqiqləşdirmək mümkün olmayıb.


Teqlər:





Xəbər lenti