Ağcabədidə 5 min tonluq soyuducu anbar inşa edilir

Ağcabədidə 5 min tonluq soyuducu anbar inşa edilir
  04 Yanvar 2014    Oxunub:2407
Ağcabədi rayonunun Rəncbərlər kəndində inşa olunan soyuducu anbar kompleksində son tamamlanma işləri aparılır.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, inşasına 2011-ci ildə başlanılan kompleksdə tikinti işləri ən müasir standartlara uyğun olaraq görülmüşdür. Sahəsi 1,44 hektar olan kompleksin tikintisi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılmışdır. İyirmi dörd soyuducu kameradan ibarət kompleksdə quraşdırılan avadanlıq Türkiyədən gətirilmişdir. Soyuducu kompleksin ümumi tutumu 5 min tondur. Burada Ağcabədi və ətraf rayonların fermerlərinin istehsal etdikləri meyvə-tərəvəzin uzun müddət və itkisiz saxlanılması təmin olunacaqdır. Kompleksin istifadəyə verilməsi ümumilikdə bölgədə meyvəçiliyin və tərəvəzçiliyin inkişafına təkan verəcəkdir.

Soyuducu kompleksdə işlərin yanvarın sonlarınadək başa çatdırılması nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti