Azay Quliyev seçiciləri ilə onlayn görüş keçirib

Azay Quliyev seçiciləri ilə onlayn görüş keçirib
  16 Aprel 2020    Oxunub:3107
Deputat Azay Quliyev seçiciləri ilə onlayn görüş keçirib.
Azvision.az xəbər verir ki, görüş zamanı 8 saylı Binəqədi birinci Seçki dairəsinin sakinlərinin qaldırdığı sosial və kommunal xarakterli problemlər deputatın diqqətinə çatdırılıb.

Qaldırılan məsələlərin bir qismi dərhal həll olunub, digərləri isə araşdırılması üçün müvafiq qurumlara göndərilib.

Bundan başqa, Azay Quliyev son bir ayda seçki kampaniyası dövründə seçicilərin qaldırdığı məsələlərin, o cümlədən onların koronavirusla bağlı tətbiq edilən xüsusi karantin rejimi dövründə üzləşdikləri problemlərin həlli istiqamətində gördüyü işlər barədə məlumat verib.

Deputat onu da qeyd edib ki, "seçicilərin elektron kabineti xidməti" vasitəsilə daxıl olan müraciətlər də diqqətdə saxlanılır və onların həlli üçün aidiyyatı qurumlara sorğular göndərilir.

Onlayn görüşdə Binəqədi rayon icra hakimiyyətinin başçısının 1-ci müavını İlqar Əliyev də iştirak edib.



Azvision.az


Teqlər: Azay-Quliyev   Deputat  





Xəbər lenti