Türkiyə iqtisadiyyatı batır - 100 milyard dollar ziyan

Türkiyə iqtisadiyyatı batır - 100 milyard dollar ziyan
  03 Yanvar 2014    Oxunub:1664
Baş verən son siyasi qalmaqallar Türkiyə iqtisadiyyatına güclü zərbə endirdi.

AzVision.az “euronews”a istinadən xəbər verir ki, Türkiyədə siyasi böhranın artması milli valyutanın rekord şəkildə düşməsinə gətirib çıxardıb. Cümə axşamı Türk Lirəsi dollara qarşı çox 2.17 dəfə düşüb, ölkənin əsas birja indeksi isə 1.91% itirib.

Sərmayədarların narahatlığı ÜDM-u 7% ötən əsaslı və təsiredici büdcə kəsirinə gətirir. Baş nazir Köməkçisi Bülənt Arıncın sözlərinə görə Türkiyə iqtisadiyyatı 100 milyard dollar zərərdədir .

Baş nazir Rəcəb Tayyib Ərdoğan yeni il müraciətində şəxsi qənaətinə görə günahkarları elan etdi.

"May və iyun aylarında baş verən küçə etirazları və 17 dekabr hadisələrin hazırlayan `sui-qəsdçilərin` məqsədi - ölkəmiz üçün ola biləcək ən parlaq və uğurlu ili məhv etmək idi" deyə o bildirib.

Türkiyə iqtisadiyyatı həqiqətən də son vaxtlara qədər fəal inkişaf dövrün yaşayırdı. Lirə yalnız rüşvət qalmaqalından sonra dəyərini itirməyə başlayıb.

Qeyd edək ki, 17 dekabrda keçirilən "Böyük rüşvət" əməliyyatı zamanı nazir uşaqları da olmaqla 24 adam nəzarətə alınıb.

Baş nazir Ərdoğan rüşvət qalmaqalının onun hökumətini gözdən salmaq üçün qurulduğunu irəli sürərək istintaqda adı gedən polisləri işdən azad edib. Onun bu hərəkəti hökumətə qarşı yeni etiraz dalğasına səbəb olub.




Teqlər:  





Xəbər lenti