Milli Məclisin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, artıq iki mindən çox insan sosial şəbəkələr vasitəsilə “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulub. Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, “Kreativ Azərbaycan” portalının “Facebook” səhifəsini posta işarələməklə paylaşır. Bununla onlar öz yaradıcılıqları ilə koronavirusla mübarizəyə pozitivə fokuslanaraq dəstək verirlər.
Qeyd edək ki, təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların dəyərli hədiyyələr qazanmaq üçün şansı olacaq.
Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!
Azvision.az