Gürcüstandan Azərbaycana ən çox minik maşını gətirilir

Gürcüstandan Azərbaycana ən çox minik maşını gətirilir
  02 Yanvar 2014    Oxunub:1094
Gürcüstandan Azərbaycana ixracatın 75 faizindən çoxunu minik avtomobilləri təşkil edir.
2013-cü ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 369,82 milyon dəyərində 41,16 min minik avtomobili ixrac olunub. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında bildirilir.

Hesabatda göstərilir ki, qeyd edilən dövrdə bu sahənin xüsusi çəkisi Gürcüstandan Azərbaycana ümumi ixracın həcminin 57,15 faizini təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 16,48 faiz, say nisbətində isə 7,89 min ədəd artıb. Müqayisə üçün, 2012-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 317,5 milyon dollar həcmində 33,27 min avtomobil ixrac edilib.

2013-ci ilin 11 ayı ərzində Gürcüstandan Azərbaycana 23,11 milyon dəyərində 3,59 min yük avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 13,22 faiz aşağıdır (say nisbətində isə 20,1 faiz yuxarıdır). Müqayisə üçün, 2012-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 26,63 milyon dəyərində 2,85 min yük maşını idxal edilib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac edilmiş malların ümumi dəyəri 647,06 milyon dollar və ya qeyd edilən dövrdə ölkənin ümumi ixracının həcminin 24,7 faizini təşkil edib.

2012-ci ilin müvafiq dövrünə nisbətən Azərbaycana ixracat 11,8 faiz artıb. Müqayisə üçün ötən ilin yanvar-noyab aylarında Azərbaycana 578,18 milyon dollar dəyərində Gürcüstan malı ixrac edilib. Avtomobillər Gürcüstana xaricdən gətirilir.


Teqlər:





Xəbər lenti