İcbari həyat sığortası potensial bazarı tam tutulmayıb

İcbari həyat sığortası potensial bazarı tam tutulmayıb
  02 Yanvar 2014    Oxunub:1372
Azərbaycanda icbari həyat sığortası potensial bazarının 70 faizi hələ mənimsənilməyib.
Azərbaycanda icbari həyat sığortası potensial bazarının təxminən 70 faizi hələ mənimsənilməyib. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə respublikada həyat sığortası üzrə ixtisaslaşan üç şirkətdən biri - "Atəşgah Həyat" şirkətinin İdarə Heyətinin sədri Əkbər Mədətli bildirib.

Onun sözlərinə görə, bu gün, əsasən, böyük şirkətlər öz işçilərini icbari sığortanın istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində oeşə əmək qabiliyyətinin itirilməsi növü üzrə sığorta edirlər, kiçik və orta biznes isə hələ əhatə olunmamış qalır.
Lakin Ə.Mədətov dövlət orqanları, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə sığorta edənlərin sahibkarlığın bu seqmentini də icbari sığortaya cəlb edə biləcəklərinə ümidini ifadə edib.

Onun fikrincə, buna sığorta qanunvericiliyinə bu yaxınlarda edilmiş dəyişikliklər kömək edəcək.


Teqlər:  





Xəbər lenti