2 min “London” taksisi, 1200 avtobus gətirilir
Gəncə, Sumqayıt, Qəbələ, Quba və digər turizm şəhərlərinin də yaxın iki ildə yeni standartlara cavab verən ictimai nəqliyyatla təmin ediləcəyini deyən Namiq Həsənov bildirib ki, yeni avtobus və taksilərdə Wi-Fi sistemi də quraşdırılacaq. Eyni zamanda əlillərin ictimai nəqliyyatdan rahat istifadəsi üçün pandusların da quraşdırılması nəzərdə tutulur: "Hazırda panduslar bütün “London” taksilərində var və yeni gətirilməsi nəzərdə tutulan taksilərdə də quraşdırılacaq. Lakin əhalinin istəkləri nəzərə alınaraq, yeni avtobuslarda da pandusların quraşdırılması mütləq həyata keçiriləcək".
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar paytaxtda quraşdırılacaq işıqforların sayının da artırılacağını deyən Namiq Həsənov bildirib ki, Bakıda quraşdırılması planlaşdırılan yeni rəqəmli işıqforlar nəqliyyat sahəsindəki son texnologiyaları özündə birləşdirəcək.
Teqlər: