Gürcüstanda vəziyyət gərginləşdi

Gürcüstanda vəziyyət gərginləşdi
  15 Mart 2013    Oxunub:1591
Bu gün Tbilisidə etiraz aksiyası keçiriləcək
Gürcüstanda tələbələr bu gün yerli vaxt saat 14:00-da Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirəcəklər.
Onlar bir müddət əvvəl təhsil naziri ilə keçirdikləri görüşün heç bir nəticə vermədiyini bildiriblər. Tələbələr təhsil nazirini keçmiş prezident Şevarnadzeyə bənzəməkdə ittiham edirlər - ”İnsanların içərisinə çıxır və aranı qarışdırmağa çalışır.”

Aqrar Universitetinin tələbələri hökumətdən Universitetə dövlət statusunun verilməsini tələb edirlər. Universitetin rəhbəri keçmiş iqdisadiyyat naziri Kaxa Bendukidze rəhbərlik etdiyi müəssisənin dövlət statusundan məhrum edilməsini yeni hökumətin ona qarşı mübarizəsi kimi qiymətləndirir.

Xatırladaq ki, Gürcüstanın baş naziri Bidzina İvanişvili tələbə aksiyasına münasibət bildirərkən bu aksiyanın arxasında kimlərinsə durduğunu və əslində fərqli məqsəd daşıdığını bildirmişdi.


Teqlər:  





Xəbər lenti