Batumidə SOCAR-ın yeni YD stansiyası açıldı
Gürcüstanın yanacaq bazarında bunun SOCAR-a məxsus 105-ci benzindoldurma stansiyası olduğu bildirildi.
Mərasimdə iştirak edən SOCAR-ın icraçı direktoru Rövşən Məmmədov deyib ki, stansiya müasir tələblərə cavab verir, burada müştərilərə hər cür xidmət şəraiti yaradılıb. Yanacaqdoldurma stansiyasında 20 nəfərədək yerli sakinin işlə təmin olunacağı qeyd edilib.