Şəxsi heyət və döyüş texnikası təlim bölgəsinə yola düşüb - VİDEO

   Şəxsi heyət və döyüş texnikası təlim bölgəsinə yola düşüb -    VİDEO
  01 Mart 2020    Oxunub:7230
Azərbaycan Ordusunda keçiriləcək genişmiqyaslı komanda-qərargah təlimlərinin rəhbərliyi, eləcə də təlimlərə cəlb edilən şəxsi heyət və xüsusi texnika təlim bölgəsinə yola düşüb.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, şəxsi heyət və texnikanın bütün hərəkət marşrutlarında komendant xidməti təşkil olunub, kolonların yerdən və havadan müşayiət edilməsi həyata keçirilir.

Bir neçə mərhələdən ibarət keçiriləcək təlimlər martın 6-dək davam edəcək.



Azvision.az



Teqlər: Ordu   Təlim  





Xəbər lenti