Azərbaycanda həyat keyfiyyəti üzrə reytinq tərtib edilib

  27 Fevral 2020    Oxunub : 953
Azərbaycanda həyat keyfiyyəti üzrə reytinq tərtib edilib
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kompleks tədqiqatlar aparılaraq Azərbaycanın iqtisadi rayonlarının, respublika tabeli şəhərlərinin və inzibati rayonlarının reytinqi hazırlanıb.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, Azərbaycanın iqtisadi rayonlarının, respublika tabeli şəhərlərinin və inzibati rayonlarının həyat keyfiyyəti üzrə reytinqi 7 subindeks üzrə qruplaşdırılıb və 36 göstərici əsasında tərtib edilib.

Subindekslər maddi rifah, sağlamlıq, təhsil, təhlükəsizlik, ailə möhkəmliyi, ekologiya və asudə vaxt imkanlarını əhatə edir.

Qeyd olunub ki, dünyanın əksər aparıcı tədqiqat mərkəzləri həyat keyfiyyətini qiymətləndirərkən məhz bu subindekslərdən istifadə edir və tədqiqat qrupu bunları həyat keyfiyyəti üzrə ölkədaxili reytinqləri hazırlamaq üçün yetərli sayır.

Tədqiqat ölkənin 8 iqtisadi rayonuna daxil olan 6 respublika tabeli şəhəri və 55 inzibati rayonu əhatə edib.

Azvision.az

Teqlər: Ölk   Region   Reytinq