Payız-qış mövsümünə hazırlıqla bağlı qayda təsdiqləndi

  26 Fevral 2020    Oxunub : 795
Payız-qış mövsümünə hazırlıqla bağlı qayda təsdiqləndi
Nazirlər Kabineti “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nı təsdiq edib.
Azvision.az -ın məlumatına görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Bu qayda “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.4-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanb və elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydasını müəyyən edir.

Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti səlahiyyətli nəzarət qurumu həyata keçirir.

Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti