Naxçıvanlıların gəlirləri çoxalıb

Naxçıvanlıların gəlirləri çoxalıb
  26 Dekabr 2013    Oxunub:1208
Cari ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında əhalinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 1 milyard 537 milyon 303 min 100 manat, onun hər bir nəfərə düşən həcmi 2,6 faiz yüksələrək 3566,2 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 376,2 manat olub. Bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.


Teqlər:





Xəbər lenti