Fermerlərə 10 milyon ayrıldı

Fermerlərə 10 milyon ayrıldı
  26 Dekabr 2013    Oxunub:1077
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya olan ehtiyacını təmin etmək üçün 10 milyon manat ayrılıb.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsi, ərzaq məhsulları istehsalının artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 2993 nömrəli sərəncamına əsasən, taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara ehtiyacını ödəmək məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılmışdır. Göstərilən vəsait hesabına ölkəyə 150-dən artıq taxılyığan kombayn gətirilməsinə başlanılmışdır və bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının həmin texnikaya olan tələbatının ödənilməsində mühüm rol oynayacaqdır.
Sərəncamda qeyd olunur ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara olan əlavə ehtiyacını təmin etmək üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Teqlər:





Xəbər lenti