Yunanıstan Türkiyəyə şərt kəsdi
“Kipr Avropa Birliyinin 28 bərabər hüquqlu üzvündən biridir. Əgər Türkiyə bunu anlaya və qəbul edə bilmirsə, onda onun Avropa perspektivi ilə bağlı istənilən konkret müzakirə praktik olmayacaq”.
2014-cü il yanvarın 1-dən Avropa Birliyinə sədrlik etməyə başlayan Yunanıstan Kiprin müstəqilliyinin tanınmasını Türkiyə ilə Avropa Birliyi arasındakı danışıqlarda əsas şərt olacağını bildirib.
Xatırladaq ki, 1974-cü ildə Türkiyə Kiprə qoşun yeridərək adanın üçdə birini işğal etmişdi.
Vüqar İsmayılov