Kəbirə Məmmədova 7 ay yer pulu almayacaq - ÖZƏL

Kəbirə Məmmədova 7 ay yer pulu almayacaq - ÖZƏL
  25 Dekabr 2013    Oxunub:1491
“Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova mağazası yanan sahibkarlarla görüşüb.

AzVision.az-ın məlumatına görə, görüşdə ziyana düşən sahibkarların problemini dinləyən K.Məmmədova onlara güzəşt edəcəyini bildirib.

Mağazaların sığorta edilmədiyini irad tutan K.Məmmədova yanan malların kompensasiya edilməyəcəyini deyib.

Bu məsələdə heç nə edə bilməyəcəyini deyən sahibkar yanan mağazaların 15 gün ərzində təmir olunaraq təhvil veriləcəyini, ziyan görən mağaza sahiblərindən 7 ay yer pulu almayacağını diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün axşam saatlarına “Binə” Ticarət Mərkəzində güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumata görə, yanğın zamanı 45 mağazaya ziyan dəyib.

Ümumilikdə isə hadisə ilə əlaqədar sahibkarlarə dəyən ziyanın ümumi məbləği açıqlanmır.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti