“Azərbaycan İtaliyanın dostluğuna əmin ola bilər” - Sercio Mattarella

   “Azərbaycan İtaliyanın dostluğuna əmin ola bilər” -    Sercio Mattarella
  21 Fevral 2020    Oxunub:2333
"Azərbaycan hər zaman İtaliyanın dostluğuna və dəstəyinə əmin ola bilər"
Azvision.az xəbər verir ki, bunu fevralın 20-də geniş tərkibdə görüşdən sonra İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edən zaman deyib.

“Biz Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrə stimul olmaq üçün bu sahədə də çox geniş formada əməkdaşlıq etməyə hazırıq. İtaliya Azərbaycanı, həmçinin Avro-Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. Əfqanıstanda terrorizmə qarşı mübarizədə və gördüyünüz kimi, hər bir sahədə bizim ölkələrimiz arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Azərbaycan hər zaman bu əməkdaşlıqda İtaliyanın dostluğuna və dəstəyinə əmin ola bilər. Bundan başqa, biz, həmçinin Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq. Biz bu məsələyə İtaliya tərəfindən hər zaman dəstək olduğumuzu bildiririk. Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq”, - deyə İtaliya Prezidenti çıxışında bildirib.

Azvision.az



Teqlər: İtaliya   Prezident   SercioMattarella  





Xəbər lenti