ARDNŞ Gürcüstanın qazlaşdırılmasını davam etdirəcək
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib ki, “Biz götürdüyümüz öhdəliyi tam yerinə yetirəcəyik və əməkdaşlığımızın mövcud səviyyəsi qaneedicidir. Gürcüstan hökumətinin dəstəyi işin uğurla davam etdirilməsinə imkan yaradır”.
Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvili bunun ölkəsi üçün çox vacib sosial layihə olduğunu vurğulayaraq demişdir: “Bu yolda bizə qardaş Azərbaycan dəstək verir və yardım edir. Azərbaycan Gürcüstanın vacib investisiya tərəfdaşıdır. SOCAR yaxın illərdə Kulevidə karbamid zavodu inşa edəcəkdir ki, bu da bir milyard dollara yaxın sərmayə yatırımı deməkdir. Həmçinin 5 min nəfər işlə təmin olunacaq”.
Teqlər: