Türkiyə TANAP-dakı payını artırdı

Türkiyə TANAP-dakı payını artırdı
  24 Dekabr 2013    Oxunub:1114
Türkiyə Trans Anadolu qaz boru kəmərində payını artıraraq 30%-ə çatdırıb.
AzVision.az xəbər verir ki, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. O, bildirib ki, türkiyəli rəsmilər TANAp-dakı paylarını artırmaq üçün müraciət ediblər:

“Türkiyəli rəsmilər TANAP-dakı paylarını artırmaq üçün müraciət etdilər. Azərbaycan prezidenti İlham Əliyev də bu müraciəti müsbət qarşıladı və onun əmri ilə Türkiyənin payı 10% qaldırılaraq, 30% oldu. Hazırda məsələ ilə bağlı sənədlər hazırlanır”-deyə, R.Abdullayev əlavə edib.

Qeyd edək ki, Trans Anadolu Qaz Boru Kəməri təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.


Teqlər:





Xəbər lenti