Keçmiş Baş nazir bank müdürü oldu

Keçmiş Baş nazir bank müdürü oldu
  24 Dekabr 2013    Oxunub:1262
“Sakartvelos Bankı”nın İstanbuldakı ofisinə Gürcüstanın sabiq Baş naziri rəhbərlik edəcək.
AzVision.az xəbər verir ki, ”Sakartvelos Bankı”dən (“Gürcüstan bank”) verilən məlumata görə, bank Türkiyənin İstanbul şəhərində yeni nümayəndəliyinin ofisini açıb. Bunun Gürcüstanla Türkiyə arasında mövcud investisiya və ticarət dövriyyəsinin artması ilə əlaqədar olduğu vurğulanıb.

Yeni ofis bankın Təl-Əviv, London və Budapeştdəki ofislərindən sonra xarici ölkələrdə açılmış dördüncü nümayəndəlikdir.

“Sakartvelos Bankı”nın İstanbuldakı nümayəndəliyinə Gürcüstanın sabiq Baş naziri Nika Gilauri rəhbərlik edəcək.


Teqlər:





Xəbər lenti