“Bundan sonra da Azərbaycanı bütün dünyada müdafiə edəcəyəm” - Çavuşoğlu
"Prezident İlham Əliyev iki ölkənin münasibətlərinə verdiyim töhfələrə görə, bu ordeni mənə təqdim etdi. Hər iki ölkə bir-birini müdafiə edir. Azərbaycan bizim olmadığımız yerlərdə Türkiyənin haqqını bizim qədər müdafiə edir. Siyasi fəaliyyətimdə bundan sonra da ömrüm boyu qardaş Azərbaycanın haqq işini bütün dünyada müdafiə edəcəyəm", - deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu "Dostluq" ordeni ilə təltif edilib.
Pərvanə Sultanova
Azvision.az