Rusiya hələ ki, Ukraynaya 3 milyard ayırır
AzVision.az xəbər verir ki, bu günlərdə Ukrayna prezidenti Viktor Yanukoviçin Moskvaya səfəri zamanı Rusiyanın Ukraynanın qiymətli kağızlarına 15 milyard dollar qoyması və qazın ucuzlaşdırılması ilə bağlı razılaşma əldə olunub.
Paytaxt Kiyevdə isə Avropaya inteqrasiya tələbi ilə etiraz aksiyası davam edir.
Ukrayna hökumətinin bu günlərdə Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.
Müxalifət hökumətin istefası və vaxtından əvvəl seçkilər keçirilməsini tələb edir.
Teqlər: