Livan əsilli erməni əsgəri “qarabağlı”ları güllələyib - Təfərrüat

Livan əsilli erməni əsgəri “qarabağlı”ları güllələyib -  Təfərrüat
  24 Yanvar 2020    Oxunub:5775
Yanvarın 24-də səhər saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrdən birində baş vermiş silahlı insidentin təfərrüatı məlum olub.
Azvision.az -ın məlumatına görə, hərbi hissələrdən birinin əsgəri, əslən Livandan olan Henri-Hayk Simon Zakaryan xidmət yoldaşlarının təhqirlərinə dözməyərək avtomat silahdan onlara atəş açıb.

Hadisə nəticəsində yaralanan Armen Mesropyan və adı gizlədilən digər əsgər isə yerli ermənilərdəndir. Hər iki hərbi qulluqçunun öz xidmət yoldaşları Livan əsilli Henri-Hayk Simon Zakaryanı mütəmadi olaraq təhqirlərə məruz qoyduqları ortaya çıxıb.

Təhqirlərdən bezən H.Zakaryan silaha əl ataraq hər iki əsgəri güllələyib. Nəticədə əsgər A.Mesropyan ağır yaralanıb. Adı hələlik gizli saxlanılan ikinci hərbi qulluqçu isə imkan taparaq əsgər yataqxanasının pəncərəsindən özünü atıb və ağır bədən xəsarətləri alıb.

Əsgər yoldaşlarını güllələdikdən sonra H.Zakaryan avtomat silahı ağzına dayayaraq intihar edib. Yaralı hərbçilər hospitala yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qondarma rejimin “hərbi rəhbərliyi” hazırda insident baş verən əraziyə gəlib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Əsgər   Güllə  





Xəbər lenti