“Ukraynaya çətin vəziyyətində kömək etdik” - Putin

“Ukraynaya çətin vəziyyətində kömək etdik” - Putin
  19 Dekabr 2013    Oxunub:1199
Hər il keçirilən ənənəvi mətbuat konfransına Putin 9 dəqiqə gecikib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, tədbirə 1319 rus və xarici jurnalist toplaşıb.

Vladimir Putinə verilən ilk sual Ukrayna ilə bağlı oldu. İki ölkə arasında qaz satışı və avrobondların alınması ilə bağlı sual kifayət qədər sərt alındı.

“Siz üç il Ukraynanı boğurdunuz, indi isə qazın qiymətində güzəştə getdiniz. Siz daha nə qədər ödəməyə hazırsınız ki, Ukrayna Avropaya doğru baxmasın?

Putin suala ilk olaraq zarafatla cavab verib. “Sizə nə qədər lazımdır?” daha sonra isə Ukraynaya edilən güzəştin iqtisadi və sosial çətinliklərdən əziyyət çəkən “yaxın qohuma” göstərilən qardaş qayğısı kimi dəyərləndirib.

“Bu nə meydan hadisələri, nə də ki, Avropa ilə bağlı deyil. Biz Ukraynanı çətin şəraitdə gördük və dəstək vermək qərarına gəldik”.

Putin Avropa Birliyi ilə assosiativ razılaşmanın imzalanmasının əleyhinə olmadıqlarını da bildirib.

“Biz bəyəm assosiativ üzvlüyə( Ukraynanın) qarşıyıq? Biz ümumiyyətlə assosiyasiyaya qarşı deyilik. Sadəcə deyirik ki, bundan sonra öz bazarımızı müdafiə etməli olacayıq”.

Mətbuat konfransı bu saatlarda da davam edir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti