Qars- Axalkələk dəmir yolunun fəhlələri tətilə başladılar

 Qars- Axalkələk dəmir yolunun fəhlələri tətilə başladılar
  18 Dekabr 2013    Oxunub:1002
Aksiyaların miqyasının genişləndiriləcəyi gözlənilir.
Qars-Axalkələk dəmir yolunun Gürcüstan hissəsində 50-yə yaxın fəhlə tətil elan edib. Onlar əmək haqlarının ödənilməsini tələb edirlər. AzVision.az bu barədə gürcü mətbuatına istinadən xəbər verir.

Aksiya iştirakçılarının sözlərinə görə, onlar artıq bir ildir ki, əmək haqqı almırlar. Əgər borclarını verməsələr, kütləvi aksiyalara başlayacaqlar. Tikinti işlərini həyata keçirən “Paraxi” şirkəti isə bildirib ki, fəhlələri vasitəçilər tərəfindən tutulub və onların maaşlarını həmin vasitəçilər də ödəməlidir.

Qeyd edək ki, Qars-Axalkələk-Bakı layihəsi 98 km uzunluğunda Qars-Axalkələk dəmir yolununtikintisini nəzərdə tutur, bunun 68 km-i Türkiyə ərazisinin, 30 km-i isə Gürcüstanın payına düşür. Bu yol Transsibir magistralına alternativ olmalı və Asiya və Avropanın aparıcı ölkələrini birləşdirməlidir. Plana görə, yolun açılışından, o cümlədən Türkiyə boğazından keçəcək tunelin istifadəyə verilməsindən sonra Çindən Avropaya, hətta Londonadək qatarların hərəkəti mümkün olacaq.

Xatırladaq ki, Qars-Axalkələk dəmir yolunun tikintisinə 2005-ci il dekabrın 1-də, ”Bakı-Tbilisi-Qars” layihəsi çərçivəsində start verilib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti