Bakıda tramvayların bərpası ilə bağlı Prezidentə müraciət edilib
Onun sözlərinə görə, bu gün Bakıda tramvay xətlərini yenidən tikmək çətindir: “Biz bu məsələ ilə bağlı ölkə başçısına müraciət etmişik. Bakı şəhəri Abşeronda yerləşdiyi üçün üçtərəfli su ilə əhatəlidir. Bakıya giriş-çıxış birdir və məhdudiyyət var. Bu məsələlər birbaşa dənizə qədər aparıldığı üçün məsələnin üzərində işləmək lazımdır. Artıq icraçı şirkətlərə müraciət etmişik, öz mütəxəsislərimiz də sistemli layihə hazırlayır. Fikirləşirik ki, Biləcəridən Pirşağı tərəfə bir neçə xətt çəkməklə Əhmədliyə, Tağıyev qəsəbəsi, Maştağa və Pirallahı istiqamətində bunu həyata keçirə bilərik. Məsələ bizim diqqətimizdədir”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Cavid-Qurbanov Dəmiryolları