Morninqstar:`Şahdəniz-2` Avropaya çox faydalı olacaq

Morninqstar:`Şahdəniz-2` Avropaya çox faydalı olacaq
  18 Dekabr 2013    Oxunub:1067
ABŞ səfiri: "Şahdəniz-2" layihəsi üzrə saziş bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq.

AzVision.az xəbər verir ki, ABŞ Azərbaycan hökumətini və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Şahdəniz konsorsiumunun özəl pay sahibləri və "Cənub Qaz Dəhlizi" boyunca yerləşən bütün ölkələr də daxil olmaqla digər iştirakçı tərəfləri "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanmasının uğurla başa çatması münasibətilə təbrik edir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən daxil olan məlumata görə, bu barədə Birləşmiş Ştatların ölkəmizdəki səfiri Riçard Morninqstarın bəyanatında deyilir: "Bu saziş və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq".

Səfir qeyd edib ki, bu layihə Xəzər qazını beynəlxalq bazarlara çıxararaq, davamlı iqtisadi artım üçün önəmli olan qlobal enerji ehtiyacının ödənilməsinə töhfə verəcək: “Mən fəxr edirəm ki, bir neçə il ərzində bu layihədə iştirak etmişəm və bugünkü tarixi sazişin imzalanmasının şahidi olmuşam".


Teqlər:  





Xəbər lenti