Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb

Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
  06 Dekabr 2019    Oxunub:2683
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bratislavada keçirilən 26-cı Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov həmsöhbətini ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında baş tutmuş son görüş barəsində məlumatlandırıb. O, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin və bu xüsusda, Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxardılmasının və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının vacibliyini vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azvision.az



Teqlər: XİN  





Xəbər lenti