Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb
Onun sözlərinə görə, "Soydaşlar və diaspor təşkilatları haqqında” qanunvericilik bazasının təkmilləşdirilməsi üzərində iş gedir.
F.Muradov, həmçinin bildirib ki, “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması ilə bağlı qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilib və artıq sənəd qəbul edilib.
Bundan əlavə, komitə sədi qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlayıb. Artıq həmin dərsliklər Təhsil Nazirliyinə təqdim edilib:
"Ümumilikdə, 10 ölkədə - Almaniya (2), Macarıstan, Gürcüstan, İspaniya, Ukrayna, İtaliya, Türkiyə, Belçika və Polşada Azərbaycan evləri yaradılıb və gələcəkdə daha 8 ölkədə yaradılması nəzərdə tutulub".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Fuad-Muradov