ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb
AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 487 milyon 412 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 199 milyon 509 min manat və ya 115,5 faiz çox olub.
Bundan əlavə, cari ilin noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14 milyon 275 min manat vəsait köçürüb. Bu, ötən ilin noyabr ayına nisbətən 1 milyon 285 min manat və ya 109,9 faiz çox olub.
Ümumiyyətlə, 2013-cü ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 147 milyon 765 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-noyabr aylarına nisbətən 3 milyon 198 min manat və ya 102,2 faiz çox olub.
Teqlər: