Uşaqları təhlükəli xəstəlik gözləyir

 Uşaqları təhlükəli xəstəlik gözləyir
  13 Mart 2013    Oxunub:1211
"Save The Children" təşkilatının hesabatında belə deyilir
"Save The Children" adlı beynəlxalq uşaq-xeyriyyə təşkilatı Suriyadakı və qaçqın düşərgələrindəki suriyalı uşaqlarla bağlı hesabat hazırlayıb. Təşkilatın "Od içində uşaqlıq" ("Childhood on Fire") adını verdiyi hesabatı Suriyada 2 ildir davam edən münaqişədən əziyyət çəkən uşaqlar barəsində ilk beynəlxalq səviyyəli hesabatdır.

"Save The Children" təşkilatı Suriyada 2 milyon uşağın aclıq və xəstəlik təhlükəsi ilə üz-üzə qaldığını bəyan edir. Hesabatda Livan, İordaniya, Türkiyə və digər ölkələrdə qaçqın düşərgələrində məskunlaşmış suriyalı uşaqların üzləşdiyi çətinliklərlə bağlı həyəcan təbili çalınır. Həmçinin qaçqın düşərgələrindəki suriyalı uşaqlara psixoloji dəstək proqramlarına ehtiyacın olduğu da vurğulanır.

Xatırladaq ki, bu ayın əvvəllərində BMT Suriya münaqişəsi nəticəsində ölkəni tərk edənlərin sayının 1 milyonu ötdüyünü açıqlanıb.


Teqlər:





Xəbər lenti