Gürcüstan Türkiyəyə enerji ixrac edəcək

Gürcüstan Türkiyəyə enerji ixrac edəcək
  15 Dekabr 2013    Oxunub:1321
Gürcüstan gələn ilin aprelindən Türkiyəyə elektrik enerjisi ixrac edəcək.
AzVision.az xəbər verir ki, Gürcüstanın energetika nazirinin müavini Məryəm Valişvili “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” layihəsi çərçivəsində ölkəsinin 2014-cü ilin aprelindən Türkiyəyə elektrik enerjisi ixracına başlamaq imkanına malik olduğunu bildirib.

Nazir müavini deyib ki, Gürcüstanda hər ilin aprelindən avqustunadək elektrik enerjisi bolluğu yaranır. Bu da enerji ixrac etməyə imkan verir.

M. Valişvili qeyd etmişdir ki, ixracı fərdi şirkətlər həyata keçirəcəklər. Hələlik müqavilə bağlanmasa da müvafiq strukturlar hazır olduğundan şirkətlər bu məsələ ilə əlaqədar danışıqlara başlaya bilərlər.


Teqlər:





Xəbər lenti