Rəqabət Məcəlləsi yaz sessiyasında qəbul olunacaq
Onun sözlərinə görə, məcəllə Milli Məclisin payız sessiyasına çatmasa, yaz sessiyasında qəbul olunacaq: "Rəqabət Məcəlləsinin qəbul olunması çox vacibdir. Bu, bazarda azad rəqabətin təmin edilməsinə yardım edən sənəddir. Demirəm ki, tamamilə inhisarçılığı aradan qaldıracaq. Haradasa 30-40 faiz bazara öz müsbət təsirini göstərəcək. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmağa hazırlaşırsa, həmin sənəd vacibdir və böyük əhəmiyyəti var", - deyə V.Əhmədov vurğulayıb.
Qeyd edək ki, 2020-ci ilin sonuna qədər Strateji Yol xəritələrinin icrası üçün cəmi 13 ay qalıb. Bu müddət ərzində biznes mühiti və Rəqabət Məcəlləsinin qəbulu ən əhəmiyyətli məsələlərdəndir. Müvafiq dövrdə Rəqabət Məcəlləsinin qəbulu prosesi başa çatmalıdır.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: RəqabətMəcəlləsi Deputat VahidƏhmədov