“StartupFest 2019” beynəlxalq festivalına start verilib

  21 Noyabr 2019    Oxunub : 1199
“StartupFest 2019” beynəlxalq festivalına start verilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “StartupFest 2019” beynəlxalq festivalına start verilib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, festival işinə “İnnoTalk” tədbiri ilə başlayıb. İnnovasiya mövzusuna həsr olunan tədbirin spikerləri “Yeni Fikir” layihəsinin rəhbəri İsa Qasımov “Startapların əsas mexanizmləri” və “Keepface” startapının həmtəsisçisi Elşad Yusifli “Texnologiyanın inkişaf sürəti” mövzusunda çıxış ediblər.



26 noyabra qədər davam edəcək “StartupFest” çərçivəsində “Product Hunt Meetup”, “Startup Grind Ganja”, “Fun Baku”, “DevOpsDays Baku”, “Techstars Startup Weekend Baku Fintech”, “World E-Commerce Eurasia 2019 Baku Forum” tədbirləri reallaşdırılacaq.



Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.



Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

Azvision.az

Teqlər: ASAN-Xidmət