Neftin qiyməti yenidən dəyişd

  14 Noyabr 2019    Oxunub : 822
Neftin qiyməti yenidən dəyişd
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,46 dollar artaraq 62,83 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,45 dollar bahalaşaraq 57,58 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar geriləyərək 67,43 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft