Əlahiddə Ümumqoşun Orduda yarış keçirilib - VİDEO

  10 Noyabr 2019    Oxunub : 1133
Əlahiddə Ümumqoşun Orduda yarış keçirilib - VİDEO
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı mühəndis-istehkam və mühəndis-kəşfiyyat manqası” adı uğrunda yarış keçirilib.
Azvision.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, yarışa cəlb olunan mühəndis silahlanma vasitələrinə baxılıb və şəxsi heyətə yarışın məqsədi çatdırılıb.



Yarışda ixtisas hazırlığından şərti düşmənin ön xəttinin qarşısında mina-partlayış maneələrinin kəşfiyyatının aparılması və əl üsulu ilə həmin maneələrdən keçidlərin açılması praktiki yerinə yetirilib.

Sonra yarış iştirakçılarından test üsulu ilə məqbullar götürülüb və qaliblər mükafatlandırılıb.

Azvision.az

Teqlər: Naxçıvan   Ordu   Yarış