Azad Rəhimov vətəndaşları qəbul edəcək

  07 Noyabr 2019    Oxunub : 699
Azad Rəhimov vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov noyabrın 8-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qəbulda Mingəçevir, Ağdaş, Ağsu, Göyçay şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 98, Heydər Əliyev parkının ərazisi) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Mingəçevir şəhər (050 533-15-29), Ağdaş (051 328-33-00), Ağsu (050 383-44-00) və Göyçay (050 265-91-00) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Azvision.az

Teqlər: Nazir   AzadRəhimov