Zakir Qaralov vətəndaşlarla görüşüb

Zakir Qaralov vətəndaşlarla görüşüb
  13 Dekabr 2013    Oxunub:975
Baş prokuror Zakir Qaralov Şirvanda vətəndaşları qəbul edib.
Şirvan rayon Prokurorluğunun inzibati binasında keçirilən qəbulda Şirvan şəhəri ilə yanaşı, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşlar iştirak edib.

Qəbul zamanı baş prokuror vətəndaşların müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini nəzərdən keçirərək bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib. Prokurorluğun səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.(apa)


Teqlər:





Xəbər lenti