İrandan Azərbaycana gələn şəxs narkotiklə tutuldu
O, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı isə onun üzərindəki cins şalvarının bel hissəsindən 1 bükümdə, ümumi çəkisi 2 qram olan qəhvəyi rəngli, narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az