Neft sektorunda artım var

Neft sektorunda artım var
  12 Dekabr 2013    Oxunub:1292
Azərbaycanın neft sektorunda isə 1,3 faizlik artım müşahidə olunub.
Azərbaycanın sənaye sahələrində 2013-cü ilin yanvar-noyabr aylarında 30,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, həmin dövrdə sənayenin qeyri-neft sahələrində 3,2 faizlik, neft sektorunda isə 1,3 faizlik artım müşahidə olunub.

İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 20,1 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

On bir ay ərzində 39,5 milyon ton neft, 16,2 milyard kub metr əmtəəlik təbii qaz hasil edilib.

Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib.


Teqlər:





Xəbər lenti