Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Tonoyan Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan və işğalçı qüvvələrinin komandanı general Karen Abramyanla görüşüb.