Qaxariyanın Azərbaycana səfəri başa çatdı

  09 Oktyabr 2019    Oxunub : 927
Qaxariyanın Azərbaycana səfəri başa çatdı
Gürcüstanın baş naziri Giorgi Qaxariyanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 9-da başa çatıb.
Azvision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Qaxariyanı Azərbaycanın baş nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

Azvision.az

Teqlər: Qaxariya