Gürcüstanın daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb

  09 Dekabr 2013    Oxunub : 175
Gürcüstanın daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseynlə görüşüb.

Səfir A.Çikaidzeni daxili işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib və Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) ilə mövcud səmərəli əməkdaşlığı vurğulayıb.

Gürcüstan DİN-dən verilən məlumata görə, tərəflər əməkdaşlığın əsas istiqamətlərini və gələcək planları müzakirə ediblər.

Teqlər: