Türkiyədə ən çox əmlak alanlar arasında 5-ciyik
Xarici vətəndaşlar tərəfindən alınmış daşınmaz əmlakın 9888-i torpaq, 11803-ü isə tikinti-yaşayış obyektidir.
Türkiyədə mülk alanların ilk üçlüyündə Rusiya (3322 obyekt), Almaniya (2637 obyekt) və İngiltərə (2455 obyekt) vətəndaşları qərarlaşıblar.
Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlak alanlar siyahısında 5-ci yeri tutublar. Cari ilin yanvar-oktyabr aylarında azərbaycanlılar Türkiyədə 911 daşınmaz əmlak obyekti satın alıblar.
Teqlər: