AQTA qarayara ilə bağlı araşdırma qrupu yaradıb

 AQTA qarayara ilə bağlı araşdırma qrupu yaradıb
  09 Sentyabr 2019    Oxunub:1275
Bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Səhiyyə Nazirliyindən Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlunda qarayara xəstəliyi ehtimalı ilə bağlı daxil olan məlumat əsasında Agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb və hadisənin baş verdiyi əraziyə ezam olunub.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılıb.

Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti