Rövnəq Abdullayev: `Lokomotiv rolunu oynamaq istəyirik`
“Azərbaycan qazı Avropa üçün bir alternativ mənbə olacaq”,- deyən Abdullayev əlavə edib ki, Cənud Dəhlizi ilə bağlı planlar təkcə bununla bitmir, bu, ancaq ilk mərhələdir:
- Bizim 3 trilyon kubmetrdən artıq təsdiqlənmiş qaz ehtiyatlarımız var. “Şahdəniz”dən başqa” Şəfəq”, “Asiman”, “Babək” və digər perspektiv yataqlar da işlənəcək. 2025-ci ilədək Azərbaycanın toplam ixrac potensialı 40-50 milyard kubmetrə çatacaq. Və bunun böyük hissəsi Avropaya daşına bilər,- deyə Rövnəq Abdulayev bildirib.
SOCAR prezidentinin sözlərinə görə, bunun üçün uyğun qaz tranziti infrstrukturu olmalıdır. Bu infrastruktur isə 3 hissədən ibarətdir: 1) Güney Qafqaz Boru kəməri, 2) TANAP və 3) TAP.
TANAP ilk mərhələdə 16 milyard kubmetr qaz nəql edəcək, sonradan bu potensial 30 milyard kubmetrə çatdırılacaq. Amma əlavə ixrac potensialına da ehtiyac olduğu üçün Azərbaycan və Türkiyə birlikdə TANAP layihsəni həyata keçirirlər. “Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın siyasi iradəsi nəticəsində mümkün olub”,- deyə Abdullayev bildirib.
Vüsal Məmmədov
AzVision.az / İstanbul